Yaponiya vətəndaşları sadələşdirilmiş viza ilə Azərbaycana gələ biləcəklər

Yaponiya-Azərbaycan

Yaponiya vətəndaşları fevralın 1-dən Azərbaycana sadələşdirilmiş viza ilə gələ biləcəklər.

Bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin rəsmi "Twitter" səhifəsinə yerləşdirilmiş məlumatda deyilir.

Yaponiya vətəndaşları fevralın 1-dən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ölkədə 30 gün qalmaq üçün birdəfəlik viza ala biləcəklər.