Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri görüşəcək

Azərbaycan-Gürcüstan-Türkiyə

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü yanvarın 23-də keçiriləcək.

APA agentliyinin məlumatına görə, görüşün Tbilisi şəhərində keçirilməsi planlaşdırılır.

Görüş dekabrın 23-nə təyin edilsə də, sonradan təxirə salınıb. Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvili baş nazir postuna təyin edildiyindən görüşdə ölkəni yeni xarici işlər naziri Mixail Canalidze təmsil edəcək.