Məlumatı Müdafiə Nazirliyi yayıb
Noyabrın 30-da qoşunların təmas xəttində Ermənistanla döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Elçən İsmayılov həlak olub.
Azərbaycan Müdafiə Nazirlyinin mətbuat xidmətinin məlumatına görə, hərbi qulluqçu ölümündən sonra təltif edilməsi üçün “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına təqdim olunub.
Azərnbaycan Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
"Bu qanlı provokasiya nəticəsiz qalmayacaq və vurulacaq zərbə sarsıdıcı olacaq", məlumatda qeyd edilir.
Erməni rəsmi mənbələri bu barədə hər hansı məlumat yaymayıb.