Leyla Yunus sağlamlığı barədə mediaya məlumat çatdırıb

Leyla Yunus

Vətəndaş haqları fəalı Azərbaycan hökumətinin həkimlərinə inanmadığını deyir

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Leyla Yunus hüquqlarının pozulmasından və pis müalicədən, habelə ona qarşı yeni zorakılıq aktlarından ehtiyatlanır. O, öz narahatlıqlarını Turan agentliyinə çatdırmağa müvəffəq olub. Bu narahatlıqlar hakimiyyətin onun sağlamlığının müayinəsini həyata keçirmək niyyəti ilə bağlıdır. O, xatırladıb ki, avqustun 19-da istintaq təcridxanasının sanitariya hissəsinə keçirilib, amma 6 gün sonra təcridxana kamerasına qaytarılıb, qan təhlilinin səhhətinin “narahatlığa səbəb olmadığını” göstərdiyi deyilib.

Mən artıq qan təhlili vermişəm və sizdə olan məlumatlara görə sağlamam. Buna görə təhlil verməkdən imtina edirəm, belə ki, sizin həkimlərinizə inanmıram.

Xüsusən, ona hepatit C-si olmadığı haqqında kağız göstəriblər. Bu zaman arayışda nə onun adı, nə bu rəy müəllifinin soyadı göstərilməyib.

Hüquq müdafiəçisinə bildiriblər ki, ona yazılan dərmanları kamerada da qəbul edə bilər. Bu zaman Sanitariya Hissəsinin heyəti guya alman həkim Vittin apardığı təhlillərin nəticələrinə istinad edib.

Lakin L.Yunusun qızı Berlində həkim Vittlə görüşüb, o, bunu təkzib edib, Yunusun qan təhlilləri haqqında Azərbaycan tərəfə heç bir məlumat vermədiyini bildirib. Onun apardığı təhlillərin nəticələrinə gəlincə, onlar məhz L.Yunusda qara ciyər serrozu və hepatit C olduğunu göstərir.

Sentyabrın 30-da səhər saat 9 radələrində L.Yunusdan qan təhlili verməyi tələb ediblər, buna cavabda o deyib: “Mən artıq qan təhlili vermişəm və sizdə olan məlumatlara görə sağlamam. Buna görə təhlil verməkdən imtina edirəm, belə ki, sizin həkimlərinizə inanmıram.”

O, həmçinin xatırladıb ki, 11 dekabr 2014-cü il tarixində də təhlil verməkdən imtina edib, buna görə onu cərimə kamerasına yerləşdiriblər. Hazırda L.Yunus bu vəziyyətin təkrarlanacağından ehtiyatlanır.

Hüquq müdafiəçisi həmçinin bildirib ki, onun müayinəsində təkcə Ədliyyə Nazirliyinin deyil, həm də Səhiyyə Nazirliyinin həkimləri, xüsusən, qara ciyər xəstəlikləri sahəsində mütəxəssis Murad Məmmədov iştirak edir. Sonda L.Yunus səhhətinə görə məsuliyyəti hər iki qurumun üzərinə atıb.

Rəsmi qurumlar hüquq müdafiəçisinin bəyanatı ilə bağlı hələ şərh verməyib.