Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirləri avqustun 28-i Antaliyada region üçün əhəmiyyətli olan siyasi və iqtisadi məsələləri müzakirə edəcəklər.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat yayılıb.
Tərəflər həmçinin əvvəlki görüşlərdə (Bakı və Aşqabad) qəbul edilən qərarların reallaşdırılması məsələlərini nəzərdən keçirəcək.
Bundan başqa üç ölkənin XİN rəhbərlərinin Antaliyada ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.