ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb.
Sənəddə bildirilir ki, ABŞ səfirliyi Rasim Əliyevin ölümü ilə bağlı onun ailəsinin kədərini bölüşür.
“Biz Azərbaycan hökumətinin tam istintaq tədbirlərini həyata keçirmək və bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək öhdəliyini alqışlayırıq”, bəyanatada qeyd edilir.