ABŞ Azərbaycana müxtəlif sahələrdə 1,3 milyard dollar yardım təqdim edib

ABŞ səfiri Robert Sekuta

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə görüşüb.

ABŞ səfirliyin rəsmi “twitter” hesabında deyilir ki, görüşdə ABŞ-ın Azərbaycanda yardım proqramları müzakirə edilib.

“ABŞ Azərbaycana müxtəlif sahələrə 1,3 milyard dollar yardım təqdim edib. Biz bunun daha da artırılmasını gözləyirik”, məlumatda qeyd olunur.