Arif və Leyla Yunusların məhkəməsi sürətlə gedir: sabah prokuror çıxış edəcək [Video](Yenilənib)

Leyla və Arif Yunusların məhkəməsini qıfılladılar

Leyla və Arif Yunusların məhkəməsinin qapısı qıfıllanıb, jurnalistlər buraxılmır

Avqustun 5-də hüquq müdafiəçiləri Leyla və Arif Yunusun işi üzrə məhkəmə prosesi sənədlərin araşdırılması ilə başa çatıb.

Vəkil Elçin Qəmbərov jurnalistlərə bildirib ki, məhkəmə A.Yunusun səhhətinin pis olması səbəbindən dinləmələrin təxirə salınması barədə müdafiə tərəfinin vəsatətini təmin etməyib və prosesi davam etdirib.

A.Yunusun halı pisləşdiyi zaman məhkəmə zalına həkim dəvət olunub, ona iynə vurulub.

Bu gün hakim məhkəmə istintaqının başa çatdığını elan edərək prokurorun çıxışını avqustun 6-na təyin edib.

Your browser doesn’t support HTML5

Arif və Leyla Yunusların məhkəməsi sürətlə gedir: sabah prokuror çıxış edəcək

***

Avqustun 5-də Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, tarixçi-alim Arif Yunusun məhkəməsi davam edir.

Bu gün məhkəməyə gələnlər bir sürprizlə qarşılaşıblar. Məhkəmə binasının qapısına qıfıl asılıb.

Ötən proseslərdə olduğu kimi, yenə də müstəqil media qurumlarının əməkdaşları zala buraxılmır.

Your browser doesn’t support HTML5

Leyla Yunus və onun həyat yoldaşı, konfliktoloq Arif Yunusun məhkəməsi davam edir

AXCP sədri Əli Kərimli də məhkəmə binası qarşısındadır və o da zala buraxılmayanlar arasındadır.

AXCP sədri Əli Kərimli Leyla və Arif Yunusların heç bir cinayət törətmədiyini deyir.

Onun fikrincə hüquq müdafiəçilərinin həbsi siyasi sifarişlidir və sonda bu istiqamətdə qərar veriləcək.

Your browser doesn’t support HTML5

AXCP sədri Əli Kərimli Leyla Yunusun məhkəməsinə buraxılmayıb

Məhkəmə administrasiyası lazım bildiyi adamları arxa qapıdan zala buraxıb.

Təsadüfən zala daxil ola bilmiş Emil Ədalətli bildirib ki, iclasın əvvəlində Leyla Yunusun səhhəti pisləşib: o 15 kiloqram arıqlayıb, dərmanları qurtarıb. Sonra dərman alınması üçün Almaniya səfirliyinin nümayəndəsinə müraciət edib.

Arif Yunusun da halı pisləşib və zalda iştirak edən həkim ona dərman verib.

Leyla Yunus prosesin ədalətsiz aparılmasına etirazını bildirib.

Jurnalistlərlə söhbətindfən sonra Emil Ədalətli yenidən məhkəmə zalına buraxılmayıb.

Your browser doesn’t support HTML5

Leyla və Arif Yunusların məhkəməsinin qapısı qıfıllanıb, jurnalistlər buraxılmır

Your browser doesn’t support HTML5

Leyla və Arif Yunusların məhkəməsi yenə qapalı keçirilir