Leyla və Arif Yunusların məhkəmə prosesinə müstəqil jurnalistlərin, diplomatların, beynəlxalq təşkilatların nümayəndələrinin, eyni zamanda onların yaxınlarının girişi müşkülə çevrilib. Belə ki, məhkəmədən öncə zal arxa qapıdan naməlum mülki geyimli şəxslər və hökumətyönümlü bəzi saytların jurnalistləri ilə doldurulur.
Məhkəmə başlamamışdan öncə isə zalın giriş qapısı və dəhlizə giriş qapısı açarla bağlanır. Nəhayətdə bir-iki diplomat və ya jurnalist zala buraxıldıqdan sonra "zal dolub" deyərək qapıları tam bağlayırlar.
Bugünkü məhkəmə prosesinə isə yalnız Amerika, Almaniya səfirliklərinin və Avropa İttifaqının nümayəndəsi buraxılıb. Müstəqil jurnalistləri isə ümumiyyətlə məhkəmə zalına buraxmayıblar.
Your browser doesn’t support HTML5
Məhkəmə zalında olanlar isə təsdiq edir ki, onlar təsadüfən ora daxil olub... və arxa qapıdan.
Your browser doesn’t support HTML5
***
Leyla və Arif Yunusun məhkəmə prosesi avqustun 4-ü saat 14.00-dək təxirə salınıb.
Vəkil Elçin Qəmbərov Amerikanın Səsinə deyir ki, həkimlər artıq 3 saata yaxındır məhkəmə zalındandır.
Saat 14-də Təçili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası dəyişib, yeni ikinci həkim briqadası məhkəmə binasına daxil olub. Görünür bundan sonra Arif Yunus məhkəmə zamanı həkimlərin nəzarəti altında saxlanacaq.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Amerikanın Səsinə deyib ki, Arif Yunusa hipetrtoniya (arterial təzyiqin qalxması) diaqnozu qoyulub. "Hazırda onun təzyiqi normallaşmaqdadır", o qeyd edib.
Bununla yanaşı, Arif Yunusun vəkili Əfqan Məmmədov Amerikanın Səsinə bildirib ki, Arif Yunusu Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında müalicə edən həkim də məhkəmə zalındadır. Yalnız həmin həkimin məhkəmə prosesini belə şəraitdə davam etdirilməsinin mümkünsüzlüyü ilə bağlı müraciətindən sonra hakim prosesi avqustun 4-ü saat 10.00-dək təxirə salıb.
Müstəqil həkimlər hesab edir ki, Arif Yunusun hazırki durumunda məhkəmədə saatlarla oturması və həyəcanlı anlar yaşaması onun səhhətinin yenidən pisləşməsinə səbəb ola bilər.
Your browser doesn’t support HTML5
***
Avqustun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçiləri Leyla və Arif Yunusların işi üzrə prosesdə məhkəmə nəzarətçiləri müstəqil müşahidəçilərin iştirak imkanlarını daha da məhdudlaşdırıb.
Belə ki, əvvəlki iclaslardan fərqli olaraq prosesə müstəqil mətbuatın bir nümayəndəsi belə buraxılmayıb.
ABŞ, Almaniya səfirliklərinin nümayəndələri və Aİ təmsilçisi çox çətiniklə prosesə qatıla bilib, lakin Qərb diplomatlarının tərcüməçiləri buraxılmayıb. Eyni zamanda, Böyük Britaniya və digər bir neçə səfirliyin nümayəndələri məhkəmə qapısından gözləmə zalına belə buraxılmayıb.
Proses başladıqdan bir qədər sonra məhkəmə binasına təcili yardım briqadası gəlib.
Vəkil Elçin Qəmbərov Amerikanın Səsinə bildirib ki, Arif Yunusun səhhəti qəfildən pisləşib, arterial təzyiqi qalxıb, huşunu itirib. İclas dayandırılıb. Həkimlər ona iynə vurublar.
A.Yunus bundan öncə iki dəfə - həbs və mənzilində axtarış zamanı hipertonik kriz keçirib.
Your browser doesn’t support HTML5
Your browser doesn’t support HTML5
Your browser doesn’t support HTML5