Yeddi il yarım həbs cəzası alan hüquq müdafiəçisi İnqiam Əliyevin iyulun 6-da Bakı Apellyasiya Məhkəməsində hakim Məmmədovun sədrliyi ilə apellyasiya şikayətinə baxılacaq.
Bu barədə İntiqam Əliyevin vəkili Cavad Cavadov Facebook səhifəsində yazıb.
İntiqam Əliyev aprelin 22-də 7 il yarım müddətinə azadlıqdan məhrum edilib. O, iqtisadi cinayətlər törətməkdə ittiham olunur.
İntiqam Əliyev ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.
Amnesty International onu "vicdan məhbusu" elan edib.