Britaniyalı hüquq müdafiəçisi Bakı hava limanında saxlanıb

Emma Hughes Azərbaycanla BP arasındakı əlaqələri kəskin tənqid etdiyinə görə saxlandığını bildirib

Emma Hughes Azərbaycanla BP arasındakı əlaqələri kəskin tənqid etdiyinə görə saxlandığını bildirib

Britaniyalı hüquq müdafiəçisi Emma Hughes iyunun 9-da Azərbaycana buraxılmayb. O, Bakı aeroportunda saxlanılıb.

Britaniyanın Platform London təşkilatının fəalı olan Emma Hughes Bakıya Avropa Oyunlarını işıqlandırmaq üçün ğəlibmiş.

Hüquq müdafiəçisinin pasportu alınıb və növbəti təyyarə reysi ilə geriyə göndəriləcəyi bildirlilib. O Avropa Oyunlarına akkreditasiya olunubmuş.

“Britaniyalı fəal insan hüquqları sahəsində aparıcı təşkilatda çalışır. O Azərbaycanla neft nəhəngi BP arasındakı münasibətlərə kəskin tənqidi yanaşdığına görə Bakı rejimi cümə günü Avropa Oyunlarını moniotrinq etmək üçün ölkəyə buraxmayıb”, The Guardian qəzeti yazıb.

“Mən akkreditasiya olunmuşdum, bilet satmışdılar və ölkəyə giriş üçün razılıq vermişdilər. Lakin Bakı aeroportunda adımın “qırmızı siyahı”da olduğunu dedilər, ölkəyə buraxmadılar”, Emma Hughes The Guardian qəzetinə zəng edərək bildirib.

Qəzet yazır ki, hüquq müdafiəçisinin nəzarət altına alınması Azərbaycandakı mütləqiyyət rejiminin genişmiqyaslı təzyiqinin tərkib hissəsidir. Avropa Oyunları ölkədəki dəhşətli insan haqları pozuntularını diqqətdən yayındırmağa xidmət edir.

Platform London təşkilatı cümə günü, iyunun 12-də Avropa Oyunlarının açılışı zamanı oyunların və İlham Əliyev rejiminuin rəsmi tərəfdaşı olan BP arasında əlaqələri aydınlıq gətirəcək kitabı təqdim edəcək.

Qəzet yazır ki, Platform, həmçinin Amnesty International, Index on Censorship (Senzura İndeksi) təşkilatı İlham Əliyev rejiminin sistemli olaraq vətəndaş cəmiyyətinə təzyiq etməsini, demokratik fəalları, jurnalistləri, hüquq müdafiəçilərini həbs etməsini kəskin tənqid edir.

“Bu neft oyunu, BP oyunudur. Bu oyunlarıda müvəffəqiyyət BP-nin müvəffəqiyətidir. Onlar idman oyunları vasitəsi ilə dəhşətli reallığı dünyanadan gizlətmək istəyirlər. Vətəndaş cəmiyyəti dəhşətli təzyiqlər altındadır. Jurnalistlər, blogerlər, fəallar barmaqlıqlar arxasındadır. Nə qədər ki, BP bu rejimlə əvvəlki kimi əl-ələ verib işləyir ölkədə həbslər davam edəcək”, Emma Hughes saxlanmasından əvvəl The Guardian-a bildirib.

Hüquq müdafiəçisinin ölkəyə buraxılmamasının səbəbləri barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat almaq mümkün olmayıb.