Amnesty İnternational Böyük Britaniyanın Olimpiya Komitəsini Azərbaycanda insan hüquqlarının pozulmasını pisləməyə çağırıb

Amnesty International

Bu barədə Amnesty İnternational təşkilatının çərşənbə axşamı yaydığı bəyanatda deyilir.

"Lord Koe Bakıda gələn həftə start götürən (12-28 iyun) Avropa Oyunları ərəfəsində Azərbaycanda insan hüquqlarının pozulmasına qarşı çıxmalıdır."

Bu barədə Amnesty İnternational təşkilatının çərşənbə axşamı yaydığı bəyanatda deyilir.

Lord Koeyə - Britaniya Olimpiya Assosiasiyanın sədrinə məktubunda Amnesty İnternational rəhbəri Keyt Allen ondan prezident İlham Əliyev qarşısında Avropa Oyunları ərəfəsində Azərbaycanda ifadə hüquqlarının amansız şəkildə pozulması məsələsini qaldırmaq üçün öz nüfuzundan istifadə etməyi xahiş edib.

Bu tədbirlər hakimiyyəti insan hüquq və azadlıqlarının pozulmasına görə tənqid edən vətəndaş cəmiyyətinə qarşı repressiyalar fonunda keçirilir.

Ölkədə ən az 20 vicdan məhbusu var. Onlar sadəcə olaraq ifadə azadlığı hüquqlarını dinc yolla həyata keçirdiklərini görə həbs ediliblər. Keyt Allen müraciətdə Leyla Yunus, Rəsul Cəfərov, Xədicə İsmayılova və başqalarının işlərini xüsusilə vurğulayır.

"Sizə məlum olduğu kimi, oyunların təşkilatçıları bütün idmançıların, o cümlədən Britaniya yığmasının xərclərini ödəyir. Britaniya idmançıları qaçarkən, üzərkən, tullanarkən Azərbaycan vətəndaşları tezliklə və amansız hesablaşma qorxusu ilə yaşayacaqlar.

İdman yarışları sülh, qarşılıqlı hörmət və anlayışın möhkəmlənməsinə şərait yaratmalıdır. Lakin Avropa Olimpiya Komitəsini bu məqsəddən uzaqdır", deyə Allen yazır.

"Mən sizi israrla Britaniya Olimpiya Assosiasiyanın sədrinə kimi nüfuzunuzdan istifadə etməyə və Azərbaycan hökuməti qarşısında yalnız hökuməti tənqid etdiyinə görə həbs edilmiş hər kəsin azad edilməsi zərurətini qaldırmağa çağırıram.

Prezident Əliyevə birbaşa deyin ki, o, həqiqətən ölkəsinin dinamik inkişafını göstərmək istəyirsə bunu etməlidir, söz azadlığına hücumu dayandırmalı, ədalətsiz olaraq həbs edilmiş hər kəsi dərhal azad etməlidir", deyə müraciətdə qeyd olunur.