Mayın 31-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Qırğızıstana rəsmi səfərə gedib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Z.Həsənovun Qırğızıstanın Müdafiə Nazirliyində görüşləri, bir sıra hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.
Danışıqlarda iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırki vəziyyəti və perspektiv istiqamətləri nəzərdən keçiriləcək, müdafiə və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılacaq.
Səfər iyunun 2-dək davam edəcək.