Nikolay Patruşev Bakıda səfərdədir

Nikolay Patruşev

Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev mayın 11-də Azərbaycana ikigünlük səfərə gəlib. Bu gün onun milli təhlükəsizlik naziri Eldar Mahmudov və İkinci Dünya Müharibəsi veteranları ilə görüşləri planlaşdırılıb.

Mayın 12-də N.Patruşev Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Təhlükəsizlik Şurasının sədri Ramiz Mehdiyev, həmçinin daxili işlər naziri Ramil Usubovla görüşəcək.

Onun prezident İlham Əliyevlə də görüşü gözlənilir.

Bu barədə Turan agentliyi məlumat yayıb.

Görüş və danışıqların mövzusu regional və beynəlxalq təhlükəsizlik məsələləri olacaq.