Rauf Mirqədirovun həbsi daha 4 ay uzadılıb

Rauf Mirqədirov :İndiyədək mənə heç bir təzyiq olmayıb

Vəkil məhkəmənin qərarını qanunsuz hesab edərək, apellyasiya şikayəti verəcəyini bildirib

Mayın 6-da Nəsimi rayon məhkəməsi dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun həbs müddətini daha 4 ay müddətinə (sentyabrın 19-dək ) uzadıb.

Vəkil Fuad Ağayevin Amerikanın Səsinə verdiyi məlumata görə, prosesdə Mirqədirovun özü də iştirak edib .

Vəkil məhkəmənin qərarını qanunsuz hesab edərək, apellyasiya şikayəti verəcəyini bildirib.

Bundan əvvəl isə hər dəfə istintaq orqanı həbs müddətinin uzadılmasını təyin edilmiş ekspertizaların nəticələrinin alınması zərurəti ilə izah edir.

Rauf Mirqədirov özü irəli sürülmüş ittihamı rədd edir, onu absurd adlandırır.

Jurnalist 2014-cü il aprelin 19-da Türkiyədən deportasiya edildikdən dərhal sonra Bakıda saxlanılıb. Ona qarşı Ermənistanın xeyrinə casusluq etməklə dövlətə xəyanət ittihamı irəli sürülüb.

MTN iddia edir ki, Mirqədirov pul müqabilində ermənilərə Azərbaycanın hərbi obyektləri və SQ haqqında məlumat verib.