Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti pisləşməkdə davam edir. Sol gözündə görmə qabiliyyətinin itirilməsi prosesi gedir.
Bu barədə Turan-a vəkil Elçin Qəmbərov bildirib.
Onun sözlərinə görə, göz damcıları kömək etmir, çünki həkimlərin bildirdiyinə görə, görmə qabiliyyətinin itirilməsi orqanizmin tamamilə zəifləməsi ilə əlaqədardır.
“Leyla xanımı tanıyanlar onu bu gün görsəydilər, xəstə, solğun, arıqlamış üzündən dəhşətə gələrdilər”, deyə vəkil bildirib.
Penitensiar Xidmət həkimlərinin gördüyü tədbirlərə baxmayaraq, həbsxana şəraitində sağlamlığın, həm də görmə qabiliyyətinin bərpası qeyri-mümkündür.
Onu həbsdə saxlamağın nə mənası var? Nə gözləyirlər – sonradan təlaşa düşmək üçün ölümünümü? Məgər onun həbsi hökumətə az baş ağrısı gətirir?- deyir vəkil.
Yunusun müdafiəsi üzrə beynəlxalq kampaniya nəticə vermir, amma hakimiyyət üçün problemlər yaradır. Xəstə və artıq gənc olmayan qadın barəsində qətimkan tədbirini dəyişdirib bu, başağrısından xilas olmaq olmazmı? Elçin Qəmbərov əmindir ki, bu humanist addım ictimaiyyətdə minnətdarlıq hissi doğurar.
Leyla Yunus 2014-cü il iyulun 30-da həbs olunub. O, dövlətə xəyanətdə və bir sıta iqtisadi cinayətlər törətməkdə ittiham olunur. L.Yunus ittihamları rədd edərək onları siyasi motivli sayır.
Amnesty İnternational L.Yunusu “vicdan məhbusu” kimi tanıyıb.