Azərbaycan Xarici İşlər Nazirliyi P5+1, Avropa İttifaqı və İran arasında olan danışıqlarda birgə hərtərəfli fəaliyyət planının əsas parametrlərinə dair irəliləyişi alqışlayır.
Bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Bu siyasi çərçivənin region və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin inkişafı üçün imkan yaradacağına inanırıq", sənəddə qeyd edilir.
Azərbaycan BMT nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri əsasında konstruktiv və xoşməramlı şəkildə beynəlxalq məsələlərin həllinə dair beynəlxalq ictimaiyyətin səylərini və siyasi iradəsini dəstəkləyir.