Həmsdərlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək
“Biz prezident İlham Әliyev vә digər rəsmilərlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ciddi danışıqlar olacağını gözlәyirik”.
Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik “Twitter” səhifəsində yazıb.
Fevralın 16-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb.
Həmsədrlər - Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andryö (Fransa) Bakıda xarici işlər naziiri Elmar Məmmədyarov, müdafiə naziri Zakir Həsənovla görüşlər keçirəcəklər. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcəklər.
Fevralın 17-də həmsədrlər Yerevana yola düşəcəklər.