"Əli və Nino" filmində Nino obrazını ispan aktrisa oynayacaq

Maria Valverde

Aktrisa twitter və şəxsi Instagram hesabında Bakıda hazırlıq prosesini əks etdirən fotolar paylaşıb

Qurban Səidin eyni adlı romanı əsasında çəkiləcək “Əli və Nino” bədii filmində Nino obrazını ispaniyalı aktrisa Mariya Valverde canlandıracaq.

Bu haqda aktrisa twitter və şəxsi Instagram hesabında Bakıda hazırlıq prosesini əks etdirən fotolarını paylaşıb.

Azərbaycanda Qurban Səidin eyni adlı romanı əsasında çəkiləcək “Əli və Nino” bədii filmi 20-ci əsrin əvvəllərində inqilabdan öncəki Bakıda azərbaycanlı gənclə gürcü qızı arasında məhəbbət tarixçəsidir.

Romanda 20-ci əsrin əvvəlində dünyanın neft paytaxtının siyasi, etnik və mədəni həyatı çox gözəl təsvir edilir.

Britaniyanın "PeaPie Films" kino şirkəti Məmməd Əsəd bəyin (Qurban Səid) "Əli və Nino" əsəri əsasında ekranlaşdırılan eyni adlı filmin hazırlıqlarına başlayıb.

Qeyd edək ki, bu layihədə aparıcı qüvvə İngiltərədə yaşayan hind kinematoqrafçılarıdır. Bunlar əsasən rejissor Asif Kapadia və baş rollardan birinin ifaçısı Adəm Bakridir. A.Kapadia Böyük Britaniyada hindlilər tərəfindən çəkilmiş bir sıra filmlərin müəlifidir. A.Bakri isə əslən İsraildən olan etnik ərəbdir. Filmin ssenari müəllifi britaniyalı yazıçı və rejissor Kristofer Hampton, prodüsser Kris Taykerdir. Filmin büdcəsi, eyni zamanda çəkiliş yerləri məlum deyil. Təqdimat təşkilatçıları layihəni kimin maliyyələşdirdiyini açıqlamayıblar.

Filmin icraçı prodüsseri Leyla Əliyevadır.

“Əli və Nino” romanı 1937-ci ildə Almaniyada alman dilində dərc edilib və tezliklə bir çox dillərə tərcümə olunub.

Hadisələr Birinci Dünya Müharibəsindən sonra Azərbaycan, Gürcüstan və İranda cərəyan edir. Müharibə, iğtişaşlar, qan tökülməsi fonunda Nino Kipiani, Ali xan Şirvanşirin iştirakı ilə məhəbbət üçbucağı yaranır.

* Qurban Səidin və ya Məhəmməd Əsəd bəyin şəxsiyyəti barədə dəqiq məlumat yoxdur. Bəzi araşdırmaçılar müəllifin əsl adının Leo Nossenbaum olduğunu bildirirlər.

O, Azərbaycanda anadan olub və inqilabdan sonra öz yaxınları ilə Almaniyaya mühacirət edib. Berlində orta məktəbi və universiteti bitirib.

Sonra “Dünya ədəbiyyatı” qəzetində çalışıb. Türk, fars, rus və ərəb dillərini bilirdi.1929-cu ildə “Şərqdə neft və qan” kitabını yazıb.

Sonralar başqa əsərlərini yazıb.Almaniyada yəhidilərə qarşı təqiblər başlayanda Nossenbaum Qurban Səid təxəllüsünü götürüb. Lakin Azərbaycanda çoxları hesab edir ki, Qurban Said Yusif Vəzir Çəmənzəmjinlinin təxəllüsüdür.