Səfir Cekuta fevralın 12-də Bakıya gələcək

Robert F. Cekuta

Ötən il dekabrın 4-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsi onu səfir vəzifəsinə təsdiq edib

Amerikanın Azərbaycanda yeni səfiri Robert Francis Cekuta fevralın 12-də Bakıya gələcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

O bu postda Riçard Morninqstarı əvəz edəcək. R.Morninqstar Azərbaycanı ötən ilin yayında tərk edib.

ABŞ prezidenti Barak Obama 2014-cü il iyulun 8-də Robert Sekutanın səfirliyə namizədliyini irəli sürüb. Ötən il dekabrın 4-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsi onu səfir vəzifəsinə təsdiq edib.

Cekuta dövlət katibinin Enerji Resursları Bürosunda baş yardımçı müavini olub. O, büronun şəffaflıq və enerjiyə çıxışı ilə bağlı işlərinə nəzarət edib.

Robert Cekutanın xaricdə diplomat qismində təcrübəsi var. O, 2007-2009-cu illərdə Tokyoda, 2003-2007 illədə isə Berlində xidmət edib. Burada o, dünyanın iki iqtisadi qüdrətinə iqtisadi məsələlərdə tövsiyələr verib.

Robert Cekuta Corctaun Universitetinin məzunudur. O, Thunderbird Qlobal Menecment Məktəbindən və Milli Müharibə Kollecindən magistr dərəcələri alıb.