Human Rights Watch 2015 illik hesabatında Azərbaycandakı insan haqlarının vəziyyətindən narahatdır

World 2015 HRW

Hesabatda qeyd edilib ki, Azərbaycanda 33 insan haqları müdafiəçisi, siyasi və vətəndaş cəmiyyəti fəalı, bloger və jurnalistlər siyasi motivli ittihamlarla məhkum edilib

Human Rights Watch beynəlxalq insan haqları təşkilatının 2015-ci il hesabatını açıqlayıb.

Təşkilatın builki hesabatı 656 səhifədən ibarət olmaqla dünyanın 90 ölkəsindəinsan haqlarının vəziyyəti təhlil və təsvir edilib.

Human Rights Watch təşkilatı bu il ayrı-ayrı ölkələrdə insan haqlarının tapdanmasının davam etdiyini qeyd edib.

Hesabatın Azərbaycana aid hissəsində deyilib ki, hakimiyyət öz tənqidçilərinə qarşı repressiyaları 2014-cü ildə də artıb və bununla ölkədə onsuz dapis olan insan haqlarının vəziyyətini daha da ağırlaşdırıb.

Beləki Azərbaycanda 33 insan haqları müdafiəçisi, siyasi və vətəndaş cəmiyyəti fəalı, bloger və jurnalistlər siyasi motivli ittihamlarla məhkum edilib.

Sənəddə Azərbaycanda vətəndaş qruplarının və onların liderlərinin bank hesablarının dondurlmasından, onlara səfər qadağanları qoyulmasından da bəhs edilir.

Bunun nəticəsində bir sıra aparıcı insan haqları qruplarının fəaliyyətinin dayanmasından söz açılır.

Hesabatda belə bir məqama diqqət çəkilib ki, Azərbaycan hətta Avropa Şurası Nazirlər Komitəsinin 6 aylıq rotasiyalı sədrliyində olarkən də repressiya və təqibləri dayandırmayıb.

Sənəddə göstərilib ki, hakimiyyət öz tənqidçilərini susdurmaq üçün onlara qarşı bir qayda olaraq narkotik maddələrdən istifadə, qanunsuz silah saxlama, xuliqanlıq, qızışdırıcı fəaliyyət və hətta dövlət xəyanəti kimi saxta ittihamlardan istifadə edir.

Eyni zamadan həbs olunan Azərbaycan hüquq müdafiəçilərinin adlarını xatırladıb.

Human Rights Watch təşkilatının media azadlığı bölümündə qeyd edib ki, 2014-cü ildə azı 10 jurnalist, bloger və sosial media fəalı onlardan tənqidləri üçün qisas alınması məqsədilə saxta ittihamlarla məhkum edilib.

Hesabatda həmçinin sosial media fəallarının təqib və həbslərlə üzləşdikləri bildirilir.

Hesabatda bildirilib ki, prezident İlham Əliyev QHT-lərin qeydiyyatı və fəaliyyəti ilə bağlı məhdudiyyətləri daha da artıran qanunları imzalayıb.

Qanunlara dəyişikliklər inzibati xətalara görə daha ağır pul cərimələri və cinayət məsuliyyəti nəzərdə tutur.

Human Rights Watch-un hesabatında göstərilib ki, yeni qanun və qanunlara dəyişikliklər artıq indiyədək azı 50 QHT-nin bağlanmasına imkan yaradıb.

Human Rights Watch bir daha narahatlığını qeyd edib.

"Azərbaycan hakimiyyəti Avropa qurumları tərəfindən insan haqlarının acınacaqlı vəziyyətinə görə tənqid olunsa da, ölkəyə qarşı konkret sanksiyalara əl atılmayıb." hesabatında deyilir.

Tənqidçilərin sırasında Avropa İttifaqının komissarları Ketrin Eşton və Ştefan Fülenin, ATƏT-in, Avropa Şurasının, ABŞ Dövlət Departamentinin olmasına baxmayaraq Azərbaycan hakimiyyəti vəziyyəti dəyişmək üçün heç nə etmir.

Hesabatda Avropa Oyunları təşkilatçılarını təcili qaydada 2012-ci il Eurovision Mahnı Müsabiqəsi zamanı ev sahibi olan Azərbaycanda insan haqları üzərinə edilən hücumların tarixçəsini araşdırmaq tövsiyə edilir.