Prokurorluq Xədicə İsmayılın həbs müddətinin uzadılmasına təqdimat verib

Xədicə İsmayıl

Yanvarın 27-də Səbael rayon Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılın həbs müddətinin artırılması ilə bağlı təqdimata baxılacaq.

Bu barədə Amerikanın Səsinə vəkil Yalçın İmanov bildirib.

Onun sözlərinə görə, Xədicə İsmayılın həbs müddətinin daha iki ay uzadılması ilə bağlı təqdimatı Bakı şəhər Prokurorluğu verib.

Yalçın İmanov ailə üzvlərinin Xədicə İsmayılla görüşə buraxılmamasını da qanunsuz hesab edir. Onun fikrincə ailə üzvləri ilə görüşə icazə verilməldir.

İstintaqa gəldikdə Xədicə İsmayıl ibtidai istintaqda ifadə verməkdən imtina edib.

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub.

O, Tural Mustafayevin «özünü öldürmə həddinə çatdırma» ittihamı ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini siyasi sifariş sayır.

Fevralın 5-də Xədicə İsmayılın həbs müddəti başa çatmalı idi.

Amnesty İnternational onu "vicdan məhbusu" elan edib.