Yanvarın 12-də The New York Times qəzetində “The Two Faces of Azerbaijan’s Mr. Aliyev ” - (Azərbaycan prezidenti İlham Əliyevin iki üzü") başlıqlı redaksiya məqaləsi dərc olunub.
Qəzetin redaksiya məqaləsində prezident İlham Əliyevin mafioz xislətli xarakteri və onun apardığı avtoritar siyasət təsvir olunur.
Yazıda Prezident İlham Əliyevin ustalıqla müxtəlif obrazlara girdiyi və Qərbdə onun haqda ictimai rəyi çaşdırmağa çalışdığı bildirilir.
Baş məqalədə WikiLeaksin İlham Əliyev barədə diplomatik yazışmadan sızdırdıığı fikir xatırladılır.
"Amerika səfirinin Bakıdan göndərdiyi, WikiLeaks-də yayılan teleqramda Əliyev Michael Korleone-Sonny Korleone kimi təsvir olunur. O, "Xaç atası" mafiya ailəsində soyuqqanlı, hər şeyi ölçüb biçən, eyni zamanda zorakı qardaşlardan böyüyüdür. Cənab Əliyev Qərbin sevdiyi bir çox məsələlərdə "qərbyönlü"dür: O, nəzakətlidir, geyiminə fikir verir, ingiliscə yaxşı danışır; ölkəsinin zəngin neft və qazını Avropa və İsrailə göndərməyə hazırdır; ölkədəki İslam mötədil və müasirdir; dəbdəbəli beynəlxalq tədbirlərə ev sahibliyi edir, 2012-ci ildə Avroviziya mahnı müsabiqəsi keçirib, iyunda Avropa Oyunları olacaq.
Amma o həm də büsbütün korrupsionerdir və onun idarə etdiyi Azərbaycan dünyada insan haqlarının ən pis pozulduğu ölkələr sırasındadır."
Məqalədə müstəqil media və qeyri-hökumət təşkilatlarına təzyiqlərin davam etməsi qeyd olunur.
Qərb anlamalıdır ki, avtoritar Əliyev əsl Əliyevdir. O, rəqiblərini və digər azadlıq nişanələrini əzmə kampaniyasını sürətləndirdiyi bir vaxtda, Birləşmiş Ştatlar və Avropa onunla indikindən daha aydın dildə danışmalıdır.
"Polis ABŞ-ın maliyyələşdirdiyi AzadlıqRadiosunun Bakı bürosunda axtarış aparıb, kompüter və sənədləri götürərək ofisi möhürləyib. AzadlıqRadiosunun onlarla əməkdaşı saxlanaraq dindirilib.
The New York Times tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılovanın cənab Əliyevin ailə biznesini aşkarladığı üçün həbsə atıldığını yazır. Məqalədə insan haqları müdafiəçiləri Leyla Yunus və Arif Yunusun da həbs olunduğunu da xatırladıb.
“Cənab Əliyev əlbəttə ki, məharətli siyasəti və zəngin təbii sərvətlərə nəzarəti vasitəsilə Amerika və Avropa siyasətçilərinin üzləşdiyi tək diktator deyil. Onun hərəkətləri ABŞ-ı öz maraqları ilə dəyərləri arasında seçim qarşısında qoyur.
Onun atası Heydər Əliyev 1969-cu ildən 2003-cü ilədək Azərbaycanı dəmir əllə idarə edib. Oğlu isə Azərbaycanın neft sərvətinə söykənərək 3 sual doğuran seçkidən keçərək atasının şəxsiyyətə pərəstiş erasını möhkəmləndirib."
Əliyev Qərbdə öz imicini parlatmaqla yanaşı, hesab edir ki, AzadlıqRadiosu kimi Qərbdən maliyyələşən təşkilatlar onun əleyhinə işləyir. Avtoritar tərəfdaşı Vladimir Putin kimi o da, Ukrayna prezidenti Viktor Yanukoviçin devrilməsindən tutmuş ərəb inqilablarınadək hər yerdə düşmən Amerikanın əlini görür.
Buna görə də o, inqilab işartılarının mənbəyi hesab etdiyi müxalifsəsləri erkən mərhələdə boğmağı qarşısına məqsəd qoyub.
Dekabrın 4-də İlham Əliyevin sağ əli Ramiz Mehdiyev 60 səhifəlik manifestində inqilab hazırlayan qeyri-hökumət təşkilatlarını "beşinci kolon" kimi dəyərləndirərək xanım İsmayılovanın "xarici casuslar"dan informasiya aldığını iddia edib.
Qərb anlamalıdır ki, avtoritar Əliyev əsl Əliyevdir. O, rəqiblərini və digər azadlıq nişanələrini əzmə kampaniyasını sürətləndirdiyi bir vaxtda, Birləşmiş Ştatlar və Avropa onunla indikindən daha aydın dildə danışmalıdır.
Deməlidir ki, onunla iş görə bilərlər, ancaq onun özü və ölkəsinə vurduğu ziyan məsələlərində aldana bilməzlər."