Avropa İttifaqı: “Azadlıq” radiosunun bağlanması Bakının beynəlxalq öhdəliklərinə ziddir

Avropa İttifaqı və Azərbaycanın bayraqları

Aİ Azərbaycanı media azadlığı üzrə öhdəlikləri yerinə yetirməyə çağırır

Avropa İttifaqı (Aİ) AzadlıqRadiosunun Bakı ofisinin bağlanmasını Azərbaycanın media azadlığı üzrə götürdüyü beynəlxalq öhdəlikləri pozması kimi dəyərləndirib.

Bu barədə Aİ-nin İnformasiya Mərkəzinin bəyanatında deyilir.

Aİ hakimiyyəti ifadə və müstəqil media azadlığı üzrə beynəlxalq öhdəlikləri yerinə yetirməyə və qanunun aliliyini təmin etməyə çağırır.