Jurnalistlər və NİDA-çılar azadlıqda

Law enforcement personnel continue probing for details into Thursday’s ambush of police officers at a demonstration in Dallas, Texas, July 9, 2016. (G. Tobias/VOA News)

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının icrasına başlanıb

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının icrasına başlanıb.

Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmış əfvə düşmüş "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı, "P.S. Nota" qəzetinin baş redaktoru Sərdar Əlibəyli, hüquqşünas Qurban Məmmədov, “NİDA” Vətəndaş Hərəkatının üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli artıq azadlığa buraxılıb.

Prezident Əliyev dekabrın 29-da 87 məhbusu əfv edib.

jurnalist Əvəz Zeynallı

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Amerikanın Səsinə əfvi normal qarşıladığını deyib. “Bununla məsələ tamamlanmır. Ən yaxın müddətdə bütün siyasi məhbusların azad edilməsinə nail olacağıq”, o qeyd edib.

ABŞ Dövlət Departamenti də Azərbaycan hakimiyyətini əfvn davam etdirməyə çağırırb. Dövlət Departamentinin sözçüsü Jeff Ratken dünən keçirilən press brifinqdə deyib ki, ABŞ yenidən Azərbaycan rəsmilərini mətbuat azadlığı da daxil olmaqla, insan haqları və fundamental azadlıqlarını qorumaq üçün ATƏT və başqa beynəlxalq öhdəliklərinə əməl etməyə çağırır.

“Bu kontekstdə prezident Əliyevin imzaladığı və içərisində ictimai fəallığına görə həbs edildiyi hesab edilən 10 nəfərin də olduğu 87 nəfərlik əfv sərəncamı düzgün istiqamətdə atılmış addımdır. Biz Azərbaycan rəsmilərini fundamental azadlıqlarını təcrübədən keçirdiklərinə görə həbs edilən başqa fəalları da sərbəst buraxmaqla belə əfvləri davam etdirməyə çağırırıq”, o qeyd edib.