Müsavat partiyasının təşkil elədiyi mitinqin qətnaməsindən tələblər:
Demokratik institutlara, QHT-lərə qarşı represiyyalara son qoyulsun;
Ölkə konstitusiyası və beynəlxalq konvensiyalarda göstərilən hüquqlar təmin edilsin;
Beynəlxalq təşkilatların vicdan məhbusları adlandırdıqları şəxslər azad edilsin!
Your browser doesn’t support HTML5
Your browser doesn’t support HTML5
***
Müsavat Partiyasının başqanı Arif Hacılının çıxışından seçmələr:
- "Azərbaycan hakimiyyəti demokratiya, azadlıq üçün mübarizə aparanları Qərbə xidmətdə ittiham edir, bunlar əsassızdır".
- "Onlar məhbəslərdən azadlığa çıxacaqlar. Keçmiş məhbuslar rejimə qarşı indi daha inadla mübarizə aparırsa, onlar da bizimlə birgə demokratik Azərbaycan uğrunda mübarizələrini davam etdirəcəklər. Bizim mübarizəmiz əzəli mübarizədir, davam edəcək."
- "Həsdə olan bacı və qardaşlarımızın azadlığını istəyənlər bu meydandakılarla məhdudlaşmır. Azərbaycanda əhalinin böyük hissəsi demokratiyanı istəyir. Ancaq rejimin yaratdığı xof xalqın öz səsini yüksəltməsinə imkan vermir".
- "Guya insanlar rejimlə barışıb, avtoritarizmlə mübarizə yoxdur" deyirlər. Bu, yalandır".
- "Ən avtoritar ölkə olan Rusiyada siyasi məhbusların sayı Azərbaycandakından azdır. Bunlar göstərir ki, Azərbaycan demokratiya üçün mücadilə edən xalqlardan geri qalmır. Ancaq belə insanlarla mücadilə güclü olduğu üçün xalqın mübarizəsi zəifləyib. Ancaq dayanmayacaq. Bir çox hüquq müdafiəçiləri, jurnalistlər, azadlıq üçün mücadilə edənlər həbs edilib".
- "İnsan orqanizmi müqavimət göstərirsə ölməyəcək, Azərbaycan xalqı da müqavimət göstərir, yaşayır".
Your browser doesn’t support HTML5
Your browser doesn’t support HTML5
Your browser doesn’t support HTML5
***
Your browser doesn’t support HTML5
Your browser doesn’t support HTML5
Your browser doesn’t support HTML5
Your browser doesn’t support HTML5
İlk çıxışı mitinqdə Müsavat partiyasının keçmiş sədri İsa Qəmbər çıxış edib.
O, 10 dekabr -İnsan Haqları Günü barədə danışıb. Bildirib ki, bütün dünyada bu gün qeyd edilir.
"Onların hər birinə dəstək çıxmaq, arxa durmaq insanlığın borcudur. Hakimiyyət də onların arasında fərq qoymur. İnanclıları, ateistləri, jurnalistləri fərq qoymadan həbs edir. Həmin şəxsləri ki, hamısı haqqı deyir.
Mənəvi borcumuz dünyadakı soydaşlarımızın hüquqlarını müdafiə etməkdir."
***
Dekabrın 14-də Müsavat Partiyası Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə mitinq keçirib.
Nitinqdə “Siyasi məhbuslara azadlıq!” şüarı əsasında Azərbaycanda olan siyasi məhbus məsələsi gündəmə gətirilib.
Mitinq metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı "Məhsul" stadionda keçirilib.
Müsavat partiyasından əvvəl noyabr ayında Milli Şura da eyni məkanda bənzər tələblərlə bir neçə mitinq təşkil edib.
Beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycanda 100-dək siyasi məhbusun olmasına diqqət çəkir. Azərbaycan rəsmiləri bu məlumatları qərəzli adlandıraraq, həbslərin siyasi məqsəd güdmədiyini bildirirlər.
***
Hazırda Müsavat Partiyasının mitinq keçirəcəyi stadion polis nəzarətindədir. “İnşaatçılar” metro stansiyasından Məhsul stadionuna qədər ərazi çoxsaylı polis əməkdaşları ilə əhatələnib. Həmçinin metronun giriş-çıxışında da onlarla polis dayanıb.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının 14 dekabra təyin etdiyi mitinqin keçirilməsi ilə bağlı müraciətinə müsbət cavab verib.
Your browser doesn’t support HTML5