Görüşlərdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə ediləcək
Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbbinin dəvəti ilə noyabrın 23-də Tehrana səfər edib.
AzərTac-ın məlumatına görə səfər çərçivəsində Əli Həsənovun İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi, vitse-prezidentlər İshaq Cihangiri və Seyid Məhəmmədəli Şəhidi ilə görüşəcək.
Görüşlərdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə ediləcək.