Bələdiyyə üzvlüyünə namizəd olmaq üçün 21 764 nəfər müraciət edib

Azərbaycanda bələdiyyə seçkiləri keçirilir

Ölkənin aparıcı müxalifət partiyaları seçkilərdə iştirak etmir

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 1607 bələdiyyədən 1546 bələdiyyə üzrə 21 764 nəfər müraciət edib.

Mərkəzi Seçki Komissiyasının (MSK) Media və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli Amerikanın Səsinə bildirib ki, müraciət edənlərdən 17 463 nəfəri imza vərəqi alıb və artıq5 837 nəfər imza vərəqələrini qaytarıb. İndiyədək 1 724 nəfərin namizədliyi qeydə alınıb.

Seçkilərdə namizədliyini irəli sürənlərdən 15 369 nəfəri kişi, 6 395 nəfəri isə qadındır. Müraciət edənlərin 17 601 nəfəri ali təhsillidir.

Müraciət edənlərin 13 488 nəfərinin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb.

İlkin məlumatlara görə indiyədək Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi və Ümid partiyaları namizədlər irəli sürüb.

Azərbaycanda 118 dairədə (7 seçki dairəsi erməni silahlı

qüvvələrinin nəzarətindədir) keçiriləcək bələdiyyə seçkilərində 1 607 bələdiyyə üzrə 15 035 üzv seçiləcək.

Müraciətlər noyabrın 22-də başa çatacaq.

Müxalifətdə olan aparıcı siyasi qurumlar olan Milli Şura, Müsavat, Xalq Cəbhəsi Partiyaları bələdiyyə seçkilərində iştirak etmir.