ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin Paris görüşünün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində tərəflərin mövqeyini yaxınlaşdıracağına ümidini ifadə edib.
Bu barədə o “Twitter” mikrobloqunda bildirib.
C.Uorlik danışıqlarda iştirak etmək üçün artıq Parisdə olduğunu da vurğulayıb.
“Artıq Parisdəyəm. Prezident Olland prezident Sarkisyan və prezident Əliyevlə görüşlər keçirəcək. Ümid edirəm ki, onlar bizi sülhə yaxınlaşdıracaqlar”, diplomat yazıb.
Oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentləri Parisdə Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər.
Bu müzakirələrə Fransa prezidenti Francois Olland ev sahibliyi edəcək.