Hüquq müdafiəçisi Rəsul Cəfərovun həbs müddəti 3 ay uzadılıb

Rəsul Cəfərov etiraz edir (Foto Rəsul Cəfərovun facebook səhifəsindən götürülüb)

Amnesty İnternational Rəsul Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb

Bu gün Nəsimi rayon məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə hüquq müdafiəçisi Rəsul Cəfərovun həbs müddətinin uzadılması ilə bağlı prokurorluğun verdiyi təqdimatı əsasında vəsatətə baxılıb.

Vəkil Fariz Namazlının Amerikanın Səsinə verdiyi məlumata görə hakim hüquq müdafiəçisinin həbs müddətinin daha 3 ay müddətinə (2015-ci il fevralın 2-dək) uzadılması barədə qərar qəbul edib.

Rəsul Cəfərov avqustun 2-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213 (vergidən yayınma) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ittiham irəli sürülüb, barəsində 3 aylıq həbs tədbiri seçilib.

Amnesty İnternational Rəsul Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.