Avropa Şurasının insan hüquqları üzrə komissarı Azərbaycana gəlir

Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks

Komissarın Bakıya səfəri oktyabrın 22-24-dək olacaq

Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muijineks oktyabrın 22-24-də Bakıda səfərdə olacaq.

Bu barədə Avropa Şurasının saytında Muijineksin səhifəsində bildirilir.

Səfərin proqramı isə hələlik açıqlanmır.

Nils Muijineks 2013-cü ilin mayında Bakıda səfərdə olub, rəsmi şəxslərlə, vətəndaş cəmiyyəti fəalları ilə görüşüb.

Həmin il hazırladığı hesabatda bir sıra tövsiyələr irəli sürüb. Bir il sonra, 2014-cü ilin aprelində hesabatı yeniləyib, bunu Azərbaycanın öhdəlikləri davamlı pozmasıyla izah edib.

Azərbaycanın Avropa Şurasında sədrliyi noyabrda bitir.