Freedom House və Açıq Cəmiyyət Fondu (Open Society)təşkilatçılığı ilə Azərbaycanda insan hüquqları ilə bağlı davam edən sərt nəticələri üzrə oktyabrın 27-də Vaşinqton DC-də Azərbaycanda insan haqlarına təzyiqin daha geniş təsirləri” geniş müzakirə keçiriləcək.
Bu barədə Freedom House təşkilatının event bölməsində deyilir.
Müzakirələr yerli vaxtla saat 12:30-dan 14:00-dək (Bakıda gecəyarısı olacaq) keçiriləcək.
Müzakirəyə Freedom House-un prezidenti David Kramer və Açıq Cəmiyyət Fondunun Avrasiya üzrə baş siyasi təhlilçisi Jeff Qoldştein moderatorluq edəcək.
Tədbirdə əsas çıxışçıları isə Avropada Sabitlik Təşəbbüsü təşkilatının sədri Gerald Knaus və Avroa və Avrasiya Bürosunun (E&E) administrator köməkçisi Paige Alexander-dir.
Məlumatda xatırladılıb ki, son il ərzində Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə, jurnalistlərə, hüquq müdafiəçilərinə həm xarici, həm də daxili QHT-lərə təzyiqləri təzyiqləri artırıb.
Bu, cari ildə Vaşinqtonda Azərbaycanla bağlı keçirilən üçüncü dinləmədir.