Riyad əl-Maliki Azərbaycan xarici işlər naziri ilə danışıqlar aparacaq
Oktyabrın 15-16-da Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Azərbaycanda rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə səfər çərçivəsində Riyad əl-Malikinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.