Böyük Britaniyanın vətəndaş cəmiyyəti fəallarından və hüquq müdafiəçilərindən ibarət bir qrup şəxs ötən gün Londonda BP neft şirkətinin ofisinin qarşısında etiraz aksiyası keçirib.
Aksiya iştirakçıları BP-nin Azərbaycanda hakim rejimi dəstəkləməsinə etirazını bildirib və Əliyev hökuməti ilə əlaqələri kəsməyə çağırıb.
Bu barədə Indexoncensorship saytı bildirib.
http://www.indexoncensorship.org/2014/09/azerbaijan-protest-calling-bp-recognise-
“Bu həftə neft müqaviləsinin imzalanmasının 20-ci ildönümü tamam olur. BP ilə Əliyevər ailəsinin əməkdaşlığı bundan başlayıb. Əliyev rejimi pullardan və repressiyadan istifadə edərək demokratiyanı boğur”, - sayt yazır.
Hazırda ölkədə 98 siyasi məhbus var və onların sayının artması təhlükəsi var. Tanınmış hüquq müdafiəçiləri Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev həbsdədir.
“Biz BP-yə deməliyik ki, şirkətin öz vətəndaşlarını sıxışdıran, onları həbsə atan, əsas insan hüquqlarını pozan Azərbaycan hökuməti ilə əməkdaşlıq etməsi dözülməzdir”, - aksiya iştirakçılarından biri deyib.
Aksiyanın təşkilatçılarından Ema Hyuc İndex- deyib:
“Bu gün biz Azərbaycanın vətəndaş cəmiyyəti ilə həmrəylik nümayiş etdirmək üçün bura toplaşmışıq. Biz BP-ni 98 siyasi məhbusun azad edilməsi məsələsini Azərbaycan hökumətinin qarşısında qaldırmağa və 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarına sponsorluqdan imtina etməyə çağırırıq”.