ABŞ Senatının Xarici Əlaqələr Komitəsində ABŞ-ın Azərbaycanda yeni səfiri postuna namizədi irəli sürülmüş Robert Cekuta ilə bağlı dinləmələr keçiriləcək.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsininin saytının məlumatına görə dinləmələr sentyabrın 17-də başlayacaq.
Azərbaycana səfir postuna namizədlə yanaşı, dinləmələr ABŞ-ın Ermənistan, Makedoniya və Montenoqradakı yeni səfiri postuna namizədlərlə bağlı müzakirələri də əhatə edəcək.
Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı yeni səfiri postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Cekutanın namizədliyini irəli sürüb.
O, əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar səlahiyyət müddətini başa vurararaq ölkəsinə qayıdıb.