M.Hüseynov polisə vəkili Fariz Namazlı ilə birlikdə gedəcək
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı, bloger Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinə çağırılıb. Bu barədə bildirişi ona Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi kapitan Babək Rüstəmov təqdim edib. Çağırışın səbəbləri açıqlanmır.
M.Hüseynov polisə vəkili Fariz Namazlı ilə birlikdə gedəcək.
Bundan öncə M.Hüseynov polis əməkdaşına qarşı xuliqanlıq ittihamı ilə şübhəli bilinmişdi. Əslində isə həmin polis əməkdaşı M.Hüseynov etiraz aksiyasını işıqlandırdığı zaman onun jurnalist fəaliyyətinə maneçilik törədib.
İki gündən sonra onu buraxıblar, lakin işi bağlamayıblar. Bu səbəbdən xaricə gedə bilməz.
Prezident seçkiləri ərəfəsində M.Hüseynov prezidentliyə namizədlər haqqında videoçarxı yayılması ilə əlaqədar prokurorluğa çağırılıb.