Rusiyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Russian Foreign Minister

İkitərəfli münasibətlər geniş spektrdə müzakirə olunacaq.
İyunun 17-18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliynin rəsmi nümayəndəsi A.Lukaşeviç iyunun 5-də bildirib.

Səfər proqramında ölkə rəhbərliyi və xarici işlər naziri ilə görüş var.

"Görüşlərdə ikitərəfli münasibətlərin geniş spektri müzakirə olunacaq. Azərbaycan Cənubi Qafqazda Rusiyanın strateji tərəfdaşıdır", o qeyd edib.

2013-cü ildə ikitərəfli ticarət dövriyyəsinin həcmi 4% artaraq, 3,5 milyard ABŞ dollarından çox təşkil edib.