İlham Əliyev İranın ali dini rəhbəri ilə görüşüb

Əli Xamenei dini ekstremizmin yaratdığı təhlükədən danışıb

O, sionist rejimin yaratdığı təhlükədən danışıb
Aprelin 9-da Tehranda prezident Ilham Əliyev və İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Seyyid Əli Xamneyi ilə görüşü olub.

İran KİV-lərinin verdiyi məlumata görə görüş zamanı Xameneyi bildirib ki, ikitərəfli münasibətlər bundan sonra daha da möhkəmləndiriləcək.

O, iki ölkə arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib, xalqlar , dövlətlər arasındakı yaxınlığın və ümumi köklərin münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini qeyd edib.

Ali dini rəhbər öz ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinin tərəfdarı olduğunu bildirib.

Xameneyi bildirib ki, sionist rejimi, o cümlədən bəzi qüvvələr İranla Azərbaycan arasındakı münasibətlərindən razi deyil və bunu pozmaq istəyir. Lakin ciddi və qətiyyətli siyasi iradə belə fitnələri məğlubiyyətə uğradır.

Öz növbəsində İ.Əliyev ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında tarixi, mədəni, dini köklərin əlaqələrin inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib.

Dövlət başçısı Azərbaycanla İranın beynəlxalq səviyyədə bir-birini dəstəklədiklərini vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi işində yaradılmış müştərək komissiyanın mühüm rol oynayacağını diqqətə çatdırıb.

Azərbaycan prezidenti iki ölkə z arasında əlaqələrin bundan sonra da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.