Arif Hacılı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb

Arif Hacılı

Çağırışın səbəbləri barədə məlumat verilmir

Müsavat Partiyasının başqanı Arif Hacılının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıldığı bildirilir.

Arif Hacılı bu məlumatı təsdiq edib.

Müsavat başqanı sabah, dekabrın 15-i saat 14:00-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olmalıdır.

Çağırışın səbəbləri barədə məlumat verilmir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bu məsələyə aydınlıq gətirmək mümkün olmayıb.