Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 7-də mitinq keçirməklə bağlı müraciətini müsbət cavablandırıb.
Aksiya "Korrupsiaya son, siyasi dustaqlara azadlıq!" şüarı ilə Yasamal rayonunun "Məhsul" stadionunda saat 15.00-dan 17.00-dək olacaq.
Analoji aksiya sentyabrın 23-də həmin stadionda keçirilib. Onun iştakçıları Böyük Britaniyada qeydiyyata alınan şirkətlər vasitəsilə Azərbaycandan çıxarılan pulların yuyulması ilə bağlı beynəlxalq araşdırmada yer alan faktların təhqiq edilməsini tələb edib.