Şənbə səhər Kaliforniyanın cənubunda bir təyyarənin qəzaya uğrayaraq alışıb yanması nəticəsində altı nəfər həyatını itirib.
Rəsmiləri hadisə yerinə gəldiyində təyyarə və ətrafındakı bir hektarlıq ərazidə yanğın olub. Təyyarə Kaliforniyanın cənubunda Los Anceles və San Diyeqo şəhərləri arasında yerləşən Murrieta şəhərindəki hava limanı yaxınlığında qəzaya uğrayıb.
Təyyarə Las Veqasdakı Harry Reid Beynəlxalq Hava Limanında havaya qalxıb. Federal Aviasiya Administrasiyası onun Cesna C550 biznes təyyarəsi olduğunu bildirib.
Riversayd Mahalının Yanğın İdarəsinin bildirdiyinə görə, təyyarədə olan altı ekipaj üzvü və sərnişin hadisə yerində keçinib. Qəzada ölənlərin şəxsiyyətləri hələ ki, açıqlanmayıb.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Aviasiya Administrasiya qəza ilə bağlı təhqiqat aparır.
Bu, Riversayd Mahalında French Valley Hava Limanı yaxınlığında ikinci ölümlə nəticələnən qəzadır. Çərşənbə axşamı təyyarənin hava limanı yaxınlığındakı binanın kənarına çırpılması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.Cənubi