Şirin Ebadi: Xədicə İsmayılovanın səpdiyi toxumlar gələcəkdə böyük ağac olacaq

Şirin Ebadi

Nobel sülh mükafatı (2003-cü il) laureatı, İranlı hüquq müdafiəçisi Şirin Ebadi Azərbaycanda həbsdə olan jurnalist Xədicə İsmayılovanın müdafiəsinə qalxıb.

“Əzizim Xədicə. Mən hazırda Bergen şəhərindəyəm. Bu günlərdə burada keçirilən qadın hüquqlarına dair seminara dünyanın hər yerindən qadınları toplayıb”, xanım Ebadi yazıb.

“Sənin həbsin barədə məlumat alanda etiraz etdim. Burada olarkən mənim dostum və sənin həmkarın Məlahət Nəsibova sənin işin, sənə qarşı təqib faktları, söz azadlığıı olmadığından jurnalist və blogerlərin həbsi barədə ətraflı danışdı.

Söz azadlığı demokratiyaya doğru ilk addımdır. Özünü demokraik adlandıran ölkə jurnalistləri necə həbs edə bilər?”, Ş.Ebadi vurğulayıb.

“Mən sənin cəsarətinə və qətiyyətinə heyranam. Sən ədalət məsələsini qaldırmaqla öz azadlığın və rifahınla risk etməkdən qorxmadın.

Əmin ol ki, sənin bu gün səpdiyin toxumlar gələcəkdə böyük ağac olacaq.

Sənin saldığın cığırı həmkarların davam etdirəcəklər. Səni azadlıqda görəcəyim günü səbirsizliklə gözləyirəm”, Ş.Ebadi bildirib.