Bu il ABŞ-da siqaretin ziyanlarına dair hesabatın 50-ci ildönümü qeyd edilib. Həmin hesbatdan sonra yürüdülən siyasət çoxsaylı insanın həyatı xilas edilib.
ABŞ-da tütünlə bağlı ilk hesabat 1964-cü ildə hazırlanıb. O zaman siqaret çəkməyin ağ ciyər xərçəngi və ürək xəstəliklərinə səbəb olduğu deyilmişdi.
“Bu həqiqətən də siqaretdən istifadəni azaltdı və tütünün ziyanları barədə bilikləri artırdı."
Coanna Kohen Con Hopkins Universitetinin Qlobal Tütün Təşəbbüsü proqramının dierktorudur. "Tütün məhsulları qədər insanları öldürən başqa bir istehlak məhsulu yoxdur."
Amerikada siqaretdən istifadəyə məhdudiyyətlər tətbiq edilib. Bu məhdudiyyətlər siqaret çəkənlər və çəkməyənlərin davaranışını dəyişib.
Yeyl univresitetinin tədqiqatçı alimi dr. Teodor Holfordın apardığı tədqiqat siqaretə başlayan və onu atanlara həsr edilib. “Siqareti atanlar və heç vaxt çəkməyənlərin həyatı orta hesabla 19-20 il uzun olur.”
Dr. Holford deyir ki, təxminən 17-18 milyon amerikalı son 50 ildə siqaretlə bağlı xəstəliklər səbəbi ilə dünyasını dəyişib. Tütünə nəzarət artıqdan sonra ölənlərin sayı 8 milyona enib.
Dr. Kohen dünyada gələcəyin parlaq olmadığını bildirir. "Daha artıq ölüm halları, daha artıq xəstəliklərlə üzləşəcəyik. Dəlillərə əsaslanan strategiyamızın həyata tətbiqi çox yavaş gedir."
Bir çox ölkədə siqaret qutuları üzərinə xəbərdarlıqlar yerləşdirilib. Siqaret çəkmək üçün yerlər məhdudlaşdırılıb. Hətta siqaretin ən çox çəkildiyi ölkələr Rusiya və Türkiyə də bu ölçülərə əl atıb.
Ümumdünya Səhiyyə Təşkilatı hər il dünyada 6.5 milyon insanın siqaretin səbəb olduğu xəstəliklərdən öldüyünü bildirir.