Sinqapura çox gəlmisiniz. 5 milyon əhalisi olan bu kiçik şəhər-ölkə öz təbiəti və iqtisadi zənginliyinə görə tanınır.
Sinqapur kosmopolitan ölkə olsa da Donald Trampla Kim Conq Un arasında keçiriləcək və televiziya şousu dərəcəsində populyar olan zirvə toplantısı üçün kifayət qədər təmtəraqlı deyil.
Keçən ay az qala prezident Donald Tramp bu görüşü ləğv edəcəkdi.
Buna görə hazırlıqlar daha çətinləşmişdi.
Bütün bu zirvə toplantısı dramasına baxmayaraq burada öncəgörüləbilən bir faktor var ki, bu da Sinqapurun siyasəti ilə əlaqədardır.
Sinqapur həm də neytral ərazi olduğu üçün təhlükəsizdir.
Bu ölkənin həm Birləşmiş Ştatlar, həm də Şimali Koreya ilə güclü iqtisadi əlaqələri var.
Keçən həftə Sinqapurda onlarla müdafiə rəsmilərinin də daxil olduğu illik Şanqri-La Dialoqu sammiti keçirildi.
Bütün bu diqqət yerli iqtisadiyyat üçün yaxşıdır. Amma ciddi şəkildə tənzimlənən bu şəhərdə Trump-Kim paltarları satan küçə satıcıları tapa bilməzsiniz.
Əvəzində isə Tramp və Kimlə əlaqəli kokteylərə rast gəlmək mümkündür.
Şəhərin biznes bölgəsində yerləşən bu bar beynəlxalq jurnalistlərin sayəsində yaxşı iş görəcəyinə ümid eidr.
Sinqapur dünyanın ən kiçik ölkələrindən biri olsa da bütün dünyanın diqqətini özünə necə cəlb edə biləcəyini çox yaxşı bilir.