Doğma şəhərinizin xəritə üzərində 3D ölçüsündə təsəvvür edin, hər bir vətəndaş həmin xəritə üzərində bir nöqtə kimi görünən bir cib telefonunu daşıyır. İnsanları onlayn təqib etməyə gəldikdə, təhlükəsizlik problemləri var. Amma ən azı Sinqapurda, şəhər planlaşdırıcıları texnologiyanın həyatın yaxşılaşmasına necə kömək edə biləcəyini bilmək mümkündür.
Bu virtual Sinqapurdur, şəhərin detallı xəritəsi külli miqdarda məlumatı özündə cəmləşdirib.
Fərqli bir binada neçə kvadrat metrin olmasından, adi bir gün pəncərədən nə qədər günəş işığının düşdüyünə qədər.
Sinqapurun “Smart Nation” planının bir hissəsi olan 3-D xəritəsi, Fransız şirkət “Dassault Systemes” tərəfindən hazırlanıb.
Layihənin məqsədi xəritədə mümkün qədər çox məlumatı texnoloji olaraq cəmləmək idi.
Dassault Systèmes World şirkətindən olan Aleksandr Parilusan: "Şəhərlərin rəqəmsal görünüşünə baxdığınız zaman dünyanı düz müstəvi kimi görürsünüz. Məlumatlara 2D ölçüsündə baxırsız. Burada məlumat faylı, excel səhifəsi və bir-biri ilə əlaqəli olmayan bir çox məlumat mənbəyi var. Beləliklə, sizin coğrafi-məkan məlumatlarınız ola bilər, statik məlumatlara sahib ola bilərsiniz, bütün bunlar bir modeldə birləşməlidirlər. "
Vizual aydınlıq və xəritənin detalları çox heyrətləndiricidir və proqram çox praktik və genişdir. Sinqapur rəsmisi Corc Loh bu proqramın nəyə qadir olduğundan danışır.
Sinqapur Milli Araşdırmalar mərkəzindən olan Corc Loh: "Beləliklə, biz güclü yağışlar zamanı hansı ərazilərin selə meylli olmalarını analiz edə bilərik və ya istənilən ərazidə hava axınının isti havalarda soyuması üçün tədbirlər görüb təhlil etmək üçün eyni platformadan istifadə edə bilərik.”
Proqram həmçinin, mobil telefonlardakı izləmə məlumatlarını istifadə edərək məlumatlara real insanları əlavə etmək imkanı verir. Bu təcili evakuasiya zamanı insanların bir yerdən digərinə tez hərəkət etməsi üçün şəhər planlaşdırıcılarına kömək edə bilər.”
Sinqapur Milli Araşdırmalar mərkəzindən olan Corc Loh: "İndi hadisə zamanı bizim, telekommunikasiya şirkətlərindən real canlı məlumatımız ola bilər. İnsanların cib telefonları daim üzərindədir, buna görə də biz orada neçə nəfərin olduğunu bilib, hazırlanmış plan əsasında insanları tez evakuasiya edə bilərik."
Lakin bütün bu insanları razılığı olmadan izləmək böyük bir təhlükəsizlik və məxfilik məsələsi ortaya qoyur. Corc Loh onun qrupunun bu məsələni ciddi qəbul etdiyini söyləyir.
Sinqapur Milli Araşdırmalar mərkəzindən olan Corc Loh: "Biz məxfiliyi təmin etmək üçün bir sıra tədbirləri nəzərdən keçirməliyik. Sinqapurun məxfilik siyasətini pozmayacayıq.”
Lakin xəritənin yaradıcıları ümid edir ki, bu qədər ətraflı məlumatla işləmək onlara təhlükəsiz və vətəndaşları üçün qayğıkeş Sinqapurun gələcəyinin simulyasiyası və planlaşdırılmasına kömək edəcək.