Çində islam ekstremizmi vüsət alıb

Çinin Sincan vilayətinin Kommunist Partiyasının sədri dindar ekstremistlərin İslam Dövləti sıralarına qoşulmaq üçün ölkəni tərk etdiklərini bildirib.

Pekində keçirilən parlament sessiyasında Zhanq Çunxian regionu nə qədər esktremistin tərk etdi barədə açıqlama verməyib. Lakin o deyib ki, bu, qlobal ektremizm hərəkatının Sincana təsirini nümayiş etdirir.

Çunxian bildirib ki, İslam Dövləti tərkibində döyüşən yaraqlıların bəzisi Pekinə qayıdıb.

O, səlahiyyətli nümayəndələrin bununla bağlı hələlik heç bir ölçüyə əl atmadığını, təhlükəsizliyin qorunub saxlanması və tələfata yol verilməməsi üçün vaxta ehtiyac olduğunu bildirib.

Çin və Sincandan nə qədər insanın İslam Dövləti sırasına qoşulduğu bəlli deyil. Təhlilçilərin fikrincə, onların sayı çox deyil. Çin mətbuatında isə Suriya və İraqda 300-ə yaxın çinlinin döyüşdüyü bildirilir.

Onların əksəriyyətinin ABŞ-ın terrorçu siyahısında yer alan Şərqi Türküstan İslam Hərəkatının üzvü olduğu deyilir.

Pekin Çində həyata keçirilən hücumlara görə Sincanı müstəqil dövlət elan etməyə çalışan bu qrupu ittiham edir.

Xaricədəki uyğur qrupları və insan haqları müdafiəçiləri Sincandakı iğtişaşların kökündə Çin hökumətinin kəskin siyasətinin dayandığını bildirir.

2009-cu ildə etnik qarşıdurmalardan sonra regionda saqqal saxlamaq, baş örtmək və Ramazanda oruc tutmaq kimi islama riayət qaydalarına məhdudiyyətlər tətbiq edilib.

Çin dini azadlığın boğulmasına görə daimi tənqidlər altındadır. Çin rəsmiləri isə dini ekstremismlə mübarizəni bir sıra ölkənin üzləşdiyi böyük bir problem adlandırır.

Son iki il ərzində Çində baş verən iğtşaşlar yüzlərlə insan həyatı bahasına başa gəlib.

Ötən il Sincan rəsmiləri terrorimlə mübarizə kampaniyasına start verib. Terror fəaliyyətlərinə görə yüzlərlə insan həbs edilib. Təcili məhkəmələr keçirilib, ölüm hökmləri çıxarılıb. Hökmlər dərhal icra edilib.

Çin hökuməti hücumlara mane olan məlumatlara görə bahalı mükafatlar vəd edir.

Sincanın Kommunist Partiyasının sədri 2013-cü ildə regionda 230 hökumət işçisinin qətlə yetirildiyini bildirib. Bu isə bütöv ölkə ilə müqayisədə olduqca yüksək bir göstəricidir.

Sincanda polis işçiləri arasında ölüm halları digər regionlarla müqayisədə 5.4 dəfə çoxdur.