Sincanda müsəlman qadınların bürgə geyməsinə qadağa qoyulub

Çinin etnik parçalanmaya məruz qalan Sincan vilayətinin paytaxtında müsəlman qadınların bürgə geyməsinə qadağa qoyulub.

Kommunist Partiyasının yerli liderləri qadağa barədə qərarı bu gün qəbul edib.

Bu vilayətdə müsəlmanlara qarşı ciddi məhdudiyyətlər tətbiq edilir. Daha əvvəl saqqallı kişilərin avtobuslara minməsin yasaqlanmışdı.

Bu yolla artmaqda olan etnik qarşıdurmalara mane olunduğu bildirilir.

Son illər iğtişaşlar nəticəsində yüzlərlə insan həyatını itirib. Hökumət zorakılıqlara görə xaricdən dəstək alan müsalman separatistləri günahlandırır.

Bu bölgədə yaşayan müsəlman uyğurlar ayrı-seçkiliyə məruz qaldıqlarını deyir.