Simin Səbri: İranda türk qadınların məsələlərini öz dillərində anlatmağa çalışırıq

Your browser doesn’t support HTML5

“Türk Qadını” saytı iki ildən artıqdır feminizm, bərabər hüquqlar və İranda qadınların üzləşdiyi ayrı-seçkiliklər və problemlərə diqqət yönəldərək fəaliyyət göstərir. Saytın baş redaktoru Simin Səbri Amerikanın Səsinə müsahibədə deyir ki, "bizim əsas hədəflərdən biri İranda yaşayan türk qadınlar üçün onların məsələləri ilə əlaqədar və onların dilində materiallar hazırlamaqdır.”