Şimali koreyalı qaçqın uşaqlar [Video]

Your browser doesn’t support HTML5

Şimali koreyalı qaçaq uşaqlar

Cənubi koreyalı xristian missioner təşkilat Çində yaşayan minlərlə şimali koreyalı qaçqın uşaqlara “dövlətsiz” statusu almağa və yoxsulluqda xilas olmağa yardım edir.

Durihana Kilsəsinin rahibi Çun Ki-Uon Çində heç bir qanuni statusu olmayan bir sıra şimali koreyalı qaçqın uşaq və onların analarına yardım edib.

Qadınları almaq istəyən çox insan var, eyni zamanda da Şimali Koreyadan qaçmaq istəyən çox sayda adam var.
Çun Ki-Uon

Sərhəddə mühafizəsinin artırılması ilə Çin-Şimali Koreya sərhədini keçən qaçqınların sayı azalsa da, Çun deyir ki, insan alverçiləri sərhəd keşikçilərinə rüşvət ödəyərək çarəsiz şimali koreyalı qadınların ölkəyə buraxılmasını tələb edir ki, onlar Çinin kəndlərində arvad, seks işçisi və xadiməlik tələblərini qarşılasınlar.

“Qadınları almaq istəyən çox insan var, eyni zamanda da Şimali Koreyadan qaçmaq istəyən çox sayda adam var,” deyə rahib Çun Ki-Uon bildirir.

Bu qaçqınların çoxunun uşaqları Çində dünyaya gəlib. Çun bir neçəsinə hüquqları və qanuni statusları olmadığı vəziyyətdən qurtulmağa yardım edib.

“Mən Çində yaşayanda, hər şey qorxulu idi. İndi isə burda Koreyada mən azadam,” deyə Çun bildirir.

Seulda yaşayan şimali koreyalı qaçaqlar

Bu yay Seulda yerləşən Durihana Beynəlxalq Məktəbində şimali koreyalı qaçqınlar Nyu-York şəhərinin Little Flock kilsəsinə mənsub olan bir qrup koreyalı amerikalı ilə birlikdə yaşayıb, təhsil alır.

Dəhlizdə oyun oynayıb, gülən iki qrup uşağı ayırd etmək çətin olsa da, onlar fərqli fəqrli dünyalardan gəlir.

20 yaşlı Yu-Eun-Kyunq ailəsini daha yaxşı həyat axtarışında vətənindən qaçmağa vadar edən aclıq və səfaləti xatırlayır.

Küçələrdə heç ot da yox idi. İnsanlar yeməkdən çox ot yeyirdi.
Yu-Eun-Kyunq

“Küçələrdə heç ot da yox idi. İnsanlar yeməkdən çox ot yeyirdi,” deyə o bildirir.

11 yaşlı Kim Çun-Vunun bədənində bıçaq izləri var. Onu çinli atası bıçaqlayıb.

“Atam bunu əqli xəstəliyi olduğu üçün etdi,”deyə o bildirir.

Rahib Çun deyir ki, kilsənin yarım etdiyi şimali koreyalı qaçaqların əksəriyyəti travma alıb və ya istismara məruz qalıb. Çində vətəndaş hesab edilməyən və buna görə də məktəb və ya səhiyyə sisteminə çıxışı olmayan 33 min şimali koreyalı qaçqın yaşadığı təxmin edilir.