Peyk görüntülərində Şimali Koreyada raket göndərmə obyektinin söküldüyü göstərilir
Your browser doesn’t support HTML5
Prezident Donald Tramp Şimali Koreyanın şimal-qərb sahilində yerləşən Sohae Raket Göndərmə Stansiyandakı əsas obyektləri sökməyə başladığını əks etdirən peyk görüntülərini alqışlayıb. Dövlət katibi Mayk Pompeo deyib ki, bu addımlar Şimali Koreya lideri Kim Conq Unun Sinqapurdakı sammit zamanı Trampa verdiyi sözləri tutduğunu göstərir.